"Barselona" bu futbolçuya görə 100 milyon avro tələb edir

"Barselona" brazilyalı futbolçusu Rafinyanı üçün 100 milyon avro tələb edir.

Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, "Arsenal", "Liverpul" və "Çelsi" Rafinyanı transfer etmək niyyətindədir.

28 yaşlı futbolçunun "Barselona" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Rafinya cari mövsüm çıxış etdiyi 49 matçda 30 qol 23 asistlə yadda qalıb.