"Barselona" bu futbolçuya görə 40 milyon avro tələb edir
"Barselona" ispaniyalı futbolçusu Ferran Toresi satmaq qərarına gəlib.
Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu Torres üçün 40 milyon avro tələb edir.
"Aston Villa" və "Tottenhem" 25 yaşlı futbolçunu transfer etmək istəyən klubların siyahısında yer alır.
Qeyd edək ki, Torres cari mövsüm çıxış etdiyi 39 matçda 16 qol və 4 asistlə yadda qalıb.
Onun "Barselona" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Xatırladaq ki, Torres 2022-ci ilin yanvar ayında "Mançester Siti"dən "Barselona"ya 55 milyon avro qarşılığında transfer olmuşdu.