"Barselona" bu futbolçuya görə 50 milyon avro ödəməyə hazırdır

"Atalanta"nın nigeryalı futbolçusu Ademula Lukman mövsümün sonunda komandasını dəyişə bilər.

Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, "Barselona" Lukman üçün İtaliya klubu ilə danışıqlara başlayıb.

Kataloniya klubu bu keçid üçün "Atalanta"ya 50 milyon avro təklif edib.

Qeyd edək ki, Lukman bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 37 matçda 18 qol 7 asistlə yadda qalıb.