"Barselona" bu keçid üçün 100 milyon avro ödəməyə hazırdır
"Barselona" yayda heyətinə yeni ulduz futbolçu transfer etməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, əsas hədəf "Atletiko"nun forvardı Xulian Alvarezdir.
Bu haqda jurnalist Qustavo Yarroç məlumat yayıb.
Qeyd edək ki, Kataloniya təmsilçisi bu keçid üçün qarşı tərəfə 100 milyon avro ödəməyə hazırdır.
Lakin "Atletiko" Alvarezi satmaq niyyətində deyil.