"Barselona" "Çelsi"nin futbolçusu ilə razılığa gəldi

"Çelsi"nin futbolçusu Andreas Kristensen karyerasını "Barselona"da davam etdirəcək.

Sportline.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubu artıq danimarkalı müdafiəçi ilə razılığa gəlib. Mövsümün sonunda 25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanacağı bildirilib.

Qeyd edək ki, Kristensenin "Çelsi" ilə müqaviləsi bu mövsümün sonuna qədərdir. London klubu bir müddət əvvəl ona 4 illik müqavilə təklif etsə də, futbolçu bundan imtina edib.

Banner