"Barselona" Çempionlar Liqasının qalibi oldu

Qadın futbolçulardan ibarət komandaların Çempionlar Liqasında mövsümün qalibi məlum olub.

Sportline.az xəbər verir ki, final matçında İspaniyanın “Barselona” və Fransanın “Lion” komandaları üz-üzə gəlib. Oyun Kataloniyal təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

"Barselona" - "Lion" - 4:0

Qollar: Payor, 55, 69, Paralluelo, 60, 90+3

Qeyd edək ki, “Barselona” tarixində dördüncü dəfə Çempionlar Liqasını qazanıb.