“Barselona” fransız müdafiəçini alır
“Barselona” klubu "Leypziq”in gənc franasalı müdafiəçisi Kastello Lukebanı transfer etmək üçün ilk rəsmi təklifini irəli sürüb.
Sportline.az xəbər verir ki, Kataloniya təmsilçisinin ilk təklifi 30 milyon avro və 10 milyon avro bonus olmaqla ümumilikdə 40 milyon avro dəyərindədir.
Bu barədə “Team Talk” nəşri məlumat yayıb.
Amma “Leypziq” klubu isə futbolçu üçün ən azı 55 milyon avro tələb edir. Bununla belə, “Barselona” rəhbərliyi transferin təxminən 45 milyon avro qarşılığında baş tutacağına inanır.
Tərəflər arasında ilkin danışıqlara artıq start verilib və son günlərdə transferin sürətlənəcəyi qeyd olunur. Bundan əlavə olaraq komandanın baş məşqçisi Hansi Flikdə transferə razılıq verib.
Klubun idman direktoru Deko isə fransalı stoperi müdafiə xəttinin əsas transfer hədəflərindən biri kimi görür, və qarşıdakı həftələrdə razılığın əldə olunacağı ehimal edilir.