"Barselona" klubunun 20 yaşlı qapıçısı dünyasını dəyişib

Ekvadorun "Barselona" klubunun 20 yaşlı qapıçısı Castin Kornexo ötən gün həyata gözlərini yumub.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi hesabı məlumat yayıb.

Mənbənin sözlərinə görə, Kornexo iyulun 15-də duş alarkən yıxılıb və başından ağır zərbə alıb. O, huşsuz vəziyyətdə aşkar edilərək xəstəxanaya yerləşdirilib. Qapıçının vəziyyəti ağır idi. Həkimlərin səyinə baxmayaraq, ertəsi gün dünyasını dəyişib.

Qeyd edək ki, Kornexo "Barselona" klubunun yetirməsi idi. Komandanın 2-ci qapıçısı sayılan oyunçu Ekvadorun aşağı yaş milli komandasında 1 oyun keçirmişdi.