"Barselona" Lamin Yamala yeni müqavilə təklif edib
"Barselona" ispaniyalı futbolçusu Lamin Yamala yeni müqavilə təklif edib.
Sportline.az "Diario Sport"a istinadən xəbər verir ki, Yamal "Barselona" ilə 4 illik müqavilə imzalayacaq.
Futbolçunun 18 yaşı tamam olduqdan sonra, bu imzalar atılacaq.
Qeyd edək ki, Yamal bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 50 matçda 15 qol 24 asistlə yadda qalıb.