"Barselona" Çempionlar Liqası ilə vidalaşdı
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsi yekunlaşacaq. SportLine.az xəbər verir ki, keçiriləcək görüşlərdən sonra son yarımfinalçıların da adları müəyyənləşəcək.
Turində üç cavabsız qolla qalib gələn "Yuventus" "Barselona"nın qonağı olacaq. 1/8 final mərhələsini əzmkar qələbə ilə adlayan katalonlar bu matçda da möcüzəyə ümid edirlər. Ancaq "Qoca sinyora" ilə görüşdə vəziyyəti dəyişmək, heç də, asan olmayacaq.
19 aprel 2017
Çempionlar Liqası, 1/4 final (Cavab oyunu)
“Barselona” (İspaniya) – “Yuventus” (İtaliya) - 0:0
Baş hakim: Byörn Kuypers (Hollandiya)
İlk oyun – 0:3