"Barselona" "Nyukasl"a qarşı
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulur.
Sportline.az xəbər verir ki, "Barselona" "Nou Kamp"da "Nyukasl Yunayted"lə üz-üzə gələcək. İlk oyunda qarşılıqlı qollar qeydə alınmışdı. 1-1.
Heyətlərə nəzər saldıqda Kataloniya təmsilçisində itkilərin sayı kifayət qədərdir. Toni Fernandez, Alexandro Balde, Andreas Kristensen, Jofre Torrents, Jul Kunde, Frenki De Yonq zədəlidir.
İngiltərə klubunda Emil Kraft, Fabian Şer, Bruno Gimarayeş, Jo Villok və Luyis Mayli baş məşqçi Eddi Hounun sərəncamında olmayacaq.
Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 21:45-də səsləcək görüşü fransalı Fransua Leteksiye idarə edəcək.