"Barselona" - "Qalatasaray" görüşünün hakimi bilindi
Avropa Liqasının 1/8 finalının "Barselona" - "Qalatasaray" oyunu üçün hakim təyinatları açıqlanıb.
Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü Fransa Futbol Federasiyasından Benua Bastyen idarə edəcək.
Ona həmyerliləri Hiçam Zakrani və Aurelien Berthomieu köməklik göstərəcək.
Dördüncü hakim funksiyasını Jeremie Piqnard yerinə yetirəcək.
Qeyd edək ki, martın 10-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.