"Barselona” Rafinyanı 150 milyona satıb onun yerinə alman futbolçunu alır
“Barselona” klubunun idman direktoru Dekonun, Kərim Adeyemi transferinin yekunlaşmasını gözlədiyi bildirilir.
Sportline.az insayder Fabrizio Romanonun məlumatına istinadən xəbər verir ki, “Əl-Hilal” klubu Raphinha üçün 150 milyon avro məbləğində təklif irəli sürüb.
Məlumata görə, “Barselona” rəhbərliyi Adeyeminin transferi rəsmiləşdikdən sonra bu təklifi qəbul edib-etməmək barədə yekun qərar verəcək.
Məlumata əsasən, braziliyalı futbolçunun növbəti mövsümdən etibarən Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal”a transfer olunacağı gözlənilir.