“Barselona” Rodrini transfer edə bilər – əsas şərt Frenki de Yonqun ayrılmasıdır

“Barselona”nın yay transfer pəncərəsində “Mançester Siti”nin ulduz yarımmüdafiəçisi Rodrini heyətinə qatmaq ehtimalı gündəmə gəlib.

Sportline.az “El Nacional” nəşrinə istinadən xəbər verir ki, baş məşqçi Hansi Flik Rodrini komandasının orta xətti üçün ciddi transfer namizədi hesab edir. Alman mütəxəssis bu keçidin reallaşması üçün ilk növbədə Frenki de Yonqun komandadan ayrılmasının vacib olduğunu düşünür.

Kataloniya klubu həm maliyyə baxımından, həm də La Liqanın maaş limitinə uyğunlaşmaq üçün de Yonqun mümkün transferindən sonra Rodri üçün büdcə və maaş limiti yaratmağı planlaşdırır.

Hazırda transferlə bağlı rəsmi danışıqlar barədə məlumat verilməsə də, Rodrinin “Barselona”nın əsas transfer hədəflərindən biri olduğu bildirilir.

Banner