"Barselona" və "Atletiko Madrid" transfer yarışına girib

"Tottenhem"in uruqvaylı futbolçusu Rodriqo Bentankur karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportline.az "The Boy Hotspur" nəşrinə istinadən xəbər verir ki, "Barselona" və "Atletiko Madrid" Bentankuru heyətinə qatmağa çalışır.

27 yaşlı futbolçunun transfer qiyməti 30 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Bentankur bu mövsüm çıxış etdiyi 36 matçda 2 qol və 1 asistlə yadda qalıb.