"Barselona" və "Bavariya" transfer yarışına girib

"Leççe"nin stopperi Tiaqo Qabriel Avropa nəhənglərinin transfer radarındadır.

Sportline.az "Foot Mercato" nəşrinə istinadən xəbər verir ki, "Barselona" və "Bavariya" 21 yaşlı mərkəz müdafiəçisini heyətinə qatmaqda israrlıdır.

T.Qabriel dəyəri "Transfermarkt" portalına görə, 15 milyon avrodur.

Qeyd edək ki, sözügedən futbolçu cari mövsüm meydana çıxdığı 19 matçda 1 qolla yadda qalıb.