"Barselona"dan 50 milyon avroluq transfer

"Milan"ın niderlandlı futbolçusu Ticcani Reynders "Barselona"nın maraq dairəsinə düşüb.

Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu Reynders üçün 50 milyon avroluq təklif hazırlayır.

26 yaşlı yarımmüdafiəçinin "Milan"la müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Reynders bu mövsüm çıxış etdiyi 48 matçda 15 qol 4 asistlə yadda qalıb.