"Barselona"dan "Liverpul"a keçir

“Liverpul” “Barselona”nın futbolçusu Pedrini transfer etməyi planlaşdırır.

Sportline.az xəbər verir ki,  bu barədə “Mirror” məlumat yayıb. “Mersisaylılar” 18 yaşlı hücumçu üçün 70 milyon sterlinq xərcləməyə hazırdır. Keçidin bu yay transfer pəncərəsində reallaşacağı gözlənilir.

Qeyd edək ki, Pedri bu mövsüm 44 matçda 3 qol vurub və 6 qolun ötürməsini verib.