"Barselona"dan Sevilya zəfəri
İspaniya La Liqasında 36-cı tur davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günü liderlərin uğurlu çıxışı ilə yadda qalıb. "Real" və "Atletiko"nun ardından "Barselona" da turu 3 xalla başa vurub. Sevilyaya səfər edən katalonlar "Betis"in qonağı olublar.
35-ci dəqiqədən etibarən say üstünlüyünə yiyələnən Luis Enrikenin yetirmələri ikinci hissədə qələbəni təmin ediblər.
30 aprel 2016
La Liqa, 36-cı tur
"Betis" - "Barselona" - 0:2
QOLLAR: Rakitiç, 50 (0:1); Suarez, 81 (0:2)