"Barselona"dan transfer bombası
"Barselona" "Bavariya"nın almaniyalı futbolçusu Camal Musialanı heyətinə qatmağı düşünür.
Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi Hans Flik sabiq futbolçusunu komandasında görmək istəyir.
Musialanın hazırkı dəyəri "Transfermarkt" portalına görə 140 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, 22 yaşlı futbolçunun Münhen klubu ilə müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 40 matçda 18 qol və 8 asistlə yadda qalıb.