"Barselona"dan yeni transfer

"Ayntraxt"ın futbolçusu Fabio Blanko Qomes "Barselona"ya transfer olunub.

Sportline.az xəbər verir ki, bu barədə Frankfurt təmsilçisinin saytı məlumat yayıb. Onun Kataloniya klubu ilə müqavilə imzaladığı bildirilib. Müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Qomes 2021-ci ilin iyulundan "Ayntraxt"da oynayır.