"Arsenal" "Barselona"ya elçi düşüb

"Barselona"nın fransalı futbolçusu Jul Kunde "Arsenal"ın transfer hədəfinə çevrilib.

Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" Kundeni transfer etmək üçün hərəkətə keçib.

26 yaşlı müdafiəçi "Barselona"dan ayrılmaq niyyətində deyil.

Qeyd edək ki, Kunde 2022-ci ilin yayından Kataloniya klubunda çıxış edir.