"Barselona"nın almaniyalı qapıçısı yaşıl meydanlara qayıdır
"Barselona" klubunun qapıçısı Mark-Andre Ter Ştegen sağalma prosesini başa vurub.
Sportline.az xəbər verir ki, Almaniyalı qapıçı İspaniya Kral Kubokunun final mərhələsində "Real" Madridə qarşı keçiriləcək oyunun iştirak ərizəsində yer alıb.
Bu haqda klubun mətbuat xidməti rəsmi açıqlama yayıb. Qarşılaşma aprelin 26-da baş tutacaq.
Qeyd edək ki, Ter Ştegen La Liqanın 6-cı turunda “Vilyarreal”a qarşı keçirilən matçdan (5:1) sonra diz qapağında yırtıq aşkarlanması səbəbilə 2024-cü ilin sentyabr ayından bəri meydana çıxmayıb.