"Barselona"nın futbolçusu "Ayaks"a keçə bilər
"Barselona"nın müdafiəçisi Serjinyo Dest Niderland çempionatına qayıda bilər.
Sportline.az xəbər verir kiAmerikalı futbolçunun daha əvvəl formasını geyindiyi "Ayaks" 21 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Qeyd edək ki, Dest 2020-ci ilin oktyabrında "Ayaks"dan "Barselona"ya 21 milyon avroya keçib. Futbolçunun Kataloniya klubu ilə müqaviləsi 30 iyun 2025-ci ildə başa çatır.