"Barselona"nın futbolçusu icarə əsasında "Real Sosyedad"a transfer olacaq

"Real Sosyedad" "Barselona"nın ispaniyalı futbolçusu Ansu Fatini icarə əsasında heyətinə qatmağı planlaşdırır.

Sportline.az "Todo Fichajes" nəşrinə istinadən xəbər verir ki, Fati "Barselona"dan ayrılmaq istədiyini klub rəhbərliyinə bildirib.

22 yaşlı futbolçunun hazırkı dəyəri "Transfermarkt" portalına görə 5 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Ansu Fati bu mövsüm 10 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.