"Barselona"nın futbolçusu İngiltərə nəhənginə keçdi

"Mançester Siti" "Barselona"nın futbolçusu Xuan Lariosu transfer edib.

Sportline.az xəbər verir ki, bu barədə 16 yaşlı müdafiəçi özünün "Tvitter" səhifəsində yazıb: "Nəhayət, burada hazıram".

Qeyd edək ki, Britaniya mətbuatı X.Lariosu "Mançester Siti"nin "yeni Jordi Alba"sı hesab edir.