"Barselona"nın futbolçusu "Monako"ya transfer olmağa yaxındır

"Barselona"nın ispaniyalı futbolçusu Ansu Fati karyerasını "Monako"da davam etdirəcək.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Fati Fransa klubuna keçməyə razılıq verib.

22 yaşlı futbolçunun "Barselona" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Ansu Fati ötən mövsüm 11 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.