"Barselona"nın Keyn cəhdi uğursuz oldu

"Bavariya"nın hücumçusu Harri Keyn "Barselona"nın hədəfindədir.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, İspaniya nəhəngi “Barselona” İngiltərə millisinin hücumçusu Harri Keyni transfer etməyə çalışsa da, əməliyyat uğursuz olub.

Məlumata görə, İngilis futbolçu “Bavariya"da qalmağa meyillidir.

Bunun səbəbi klubdakı mövqeyinin sabitliyi, formasının yüksək səviyyədə olması və ümumi vəziyyətidir.