"Barselona"nın Keyn planı
"Bavariya"nın forvardı Harri Keyn karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, "Barselona" 32 yaşlı futbolçunu heyətinə qatmaqda israrlıdır.
İngiltərə millisinin kapitanın sərbəst qalma məbləği 65 milyon avrodur.
Qeyd edək ki, H.Keyn bu mövsüm meydana çıxdığı 36 matçda rəqib qapılarından 43 top keçirib.