"Barselona"nın müdafiəçisi 3 ay oynamayacaq

İspaniyanın "Barselona" klubunun futbolçusu Samuel Yumtiti əməliyyat olunub.

Sportline.az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi sağ ayağından cərrahi müdaxiləyə ehtiyac duyub.

Fransalı oyunçu 3 ay yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Samuel Yumtiti məşq zamanı ayaq barmağını qırıb. Müdafiəçi 2021/2022 mövsümündə bir matçda meydanda olub.