"Barselona"nın Uilyams sevdası

"Barselona" "Atletik Bilbao"nun ispaniyalı futbolçusu Niko Uilyamsı heyətinə qatmaq istəyir.

Sportline.az "Diario Sport"a istinadən xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi Hansi Diter Flik 22 yaşlı futbolçunun transferini rəhbərliktən tələb edib.

"Bilbao"nun rəhbərliyi Uilyams üçün 70 milyon avro tələb edir. O bu mövsüm çıxış etdiyi 39 matçda 9 qol və 7 asistlə yadda qalıb.

Qeyd edək ki, Uilyamsla "Arsenal"da yaxından maraqlanır.