"Barselona"nın ulduzu "Yuventus"la razılaşdı
"Barselona"nın futbolçusu Luis Suares "Yuventus"a keçməyə çox yaxındır.
Sportline.az xəbər verir ki, bu haqda BBC məlumat yayıb. 33 yaşlı hücumçu Turin təmsilçisi ilə müqavilənin şərtlərini razılaşdırıb. Tərəflər uruqvaylı forvardın Kataloniya təmsilçisi ilə müqavilənin ləğv edilməsini gözləyirlər.
Suares 2019/2020 mövsümündə 36 matçda meydanda olub, 21 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2014-cü ildən "Barselona"nın formasını geyinir. Hücumçunun hazırkı sözləşməsi 2020/2021 mövsümünün sonuna qədər nəzərdə tutulub, lakin komandanın yeni baş məşqçisi Ronald Kuman ondan istifadə etmək fikrində deyil.