"Barselona"nın Van Deyk planı

"Barselona"nın "Liverpul"un kapitanı Vircil Van Deyki mövsümün sonunda azad agent kimi heyətinə qatmağı düşünür.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu Van Deykin menceri ilə təmas halındadır.

Niderlandlı müdafiəçi "Liverpul"la yeni müqavilə imzalamayacaq.

Qeyd edək ki, 33 yaşlı futbolçu 2018-ci ilin yanvar ayından Mersisayd klubunda çıxış edir.

Van Deyk bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 41 matçda 3 qol və 1 asistlə yadda qalıb.