Bartuğ Elmaz karyerasını Türkiydə davam etdirəcək

Son mövsümü “Marsel” klubunda keçirən Bartuğ Elmaz Türkiyəyə qayıdır.

Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, “Qalatasaray” akademiyasının yetirməsi olan gənc futbolçu “Fənərbağça”nın 

formasını geyinəcək. Fransa klubu ilə bununla bağlı razılıq əldə edildiyi bildirilir.

“Sarı lacivərtlər”in qısa müddətdə transferi açıqlaması gözlənilir.

Qeyd edək ki, Bartuğ Elmaz “Marsel” forması ilə çıxdığı 7 görüşdə 2 qolla yadda qalıb.