Baş məşqçidən azarkeşlərə mesaj

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq uğursuz nəticələrə rəğmən onları dəstəkləyən azarkeşlərə minnətdarlığını bildirib.

Sportline.az xəbər verir ki, bu haqda tanınmış jurnalist Fabrisio Romano X sosial şəbəkə hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə niderlandlı mütəxəssis fanatların etimadını doğruldacaqlarına inandığını bildirib.

"Komandanın fanatları çıxışımızdan narazıdırlar. Biz vəziyyəti tezliklə dəyişməliyik. Onların bizə ayırdıqları vaxtı çox dəyərləndiririk. Hazırda bizim onların sevgisinə və dəstəyinə olduqca ehtiyacımzı var"

Qeyd edək ki, qeyri-sabiq çıxış qrafiki cızan "Mançester Yunayted" 18 turdan sonra İPL-in turnir cədvəlinin 8-ci pilləsindədir.