"Başakşəhər" Avropa Liqası ilə vidalaşdı

Martda koronavirus pandemiyasına görə dayandırılan Avropa Liqası bu gün bərpa edilib.

Sportline.az xəbər verir ki, 1/8 final mərhələsində Danimarkanın “Kopenhagen” klubu doğma meydanda ilk matçda uduzduğu (0:1) Türkiyə çempionu “Başakşəhər”i qəbul edib. 3:0 hesabı ilə qalib gələn meydan sahibləri 1/4 finala adlayıb.

20:55. "Kopenhagen" (Danimarka) - "Başakşəhər" (Türkiyə) - 3:0

Qollar: Conas Vind, 3, 53 (pen.), Rasmus Falk, 62
İlk oyun - 0:1