"Başakşəhər"dən "Beşiktaşa"a
Deniz yaxın günlərdə “Beşiktaş”ın formasını geyinə bilər.
Sportline.az fotomaç.com.tr-yə istinadla xəbər verir ki, “qara-qartallar” “Başakşəhər”in futbolçusu ilə ciddi maraqlanırlar.
“Beşiktaş” Deniz Türüçlə şəxsi razılıq əldə etsə də “Başakşəhər” hələ də transfer barədə açıqlama verməyib.
Qeyd edək ki, Türüç ötən mövsüm “Başakşəhər” forması ilə çıxdığı 49 görüşdə 10 qol 7 asistlə yadda qalıb.