"Bavariya" 17 yaşlı futbolçunu transfer etmək istəyir
"Bavariya" 17 yaşlı futbolçu Virciliyo Olayanı heyətinə qatmaq istəyir.
Sportline.az xəbər verir ki, sözügedən oyunçu Ekvadorun "Aukas" komandasında forma geyinir.
İnsayder Fabrizio Romanonun yaydığı məlumata görə, Münhen klubu V.Olaya üçün rəsmi təklif göndərəcək.
Qeyd edək ki, Ekvador U17 millisinin üzvü bu mövsüm 5 rəsmi matçda iştirak edib.