"Bavariya" 50 milyon avroluq təklif hazırlayır
"Bavariya" "Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeş üçün 50 milyon avroluq təklif hazırlayır.
Sportline.az xəbər verir ki, bu haqda nüfuzlu "Fichajes" nəşri məlumat yayıb.
31 yaşlı futbolçunun klubla sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, B.Fernandeş bu mövsüm meydana çıxdığı 17 matçda 5 qol, 7 asistlə yadda qalıb.