"Bavariya" 60 milyon avro ödəməyə hazırdır

"Bavariya" yayda Entoni Qordono heyətinə qatmaq üçün hərəkətə keçib.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Florian Plettenberq məlumat yayıb.

Münhen təmsilçisi bu keçid üçün "Nyukasl"a 60 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, E.Qordon cari mövsüm meydana çıxdığı 46 matçda 17 qol, 5 asistlə yadda qalıb.