"Bavariya" bu keçid üçün 150 milyon avro ödəməyə hazırdır

"Bavariya" yayda ulduz futbolçu transfer etməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, əsas hədəf "Qalatasaray"ın forvardı Viktor Osimhendir.

Bu haqda "Foot Mercato" nəşri məlumat yayıb.

Qeyd edək ki, Münhen klubu bu keçid üçün qarşı tərəfə 150 milyon avro ödəməyə hazırdır.