"Bavariya" çempionluğunu 5 qolla qeyd etdi

"Bavariya" 2025/2026-cı illər mövsümündə Almaniya çempionatının qalibi kimi çempionluq kubokunu qəbul edib.

Sportline.az xəbər verir ki, Almaniya Bundesliqasının yekun, 34-cü turunda Münhen təmsilçisi "Köln"ü 5:1 hesabı ilə darmadağın edib. 

16 may

"Bavariya" - "Köln" - 5:1

Qollar: H.Keyn, 10, 13, 69, T.Bişof, 22, N.Cekson, 83 // S.Əl-Mala, 18

Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 89-a çatdıran "Bavariya" mövsümü turnir cədvəlinin 1-ci pilləsində başa vurub. Aktivində 32 xalı olan "Köln" isə 14-cü yerdə qərarlaşıb.