"Bavariya" Diomandeni istəyir

"Bavariya"nın baş məşqçisi Vinsent Kompani "Leipziq"in futbolçusu Yan Diomandenin transfer edilməsini rəhbərliktən xahiş edib.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

19 yaşlı oyunçu bu mövsüm meydana çıxdığı 24 matçda 9 qol, 6 asistlə yadda qalıb.

Qeyd edək ki, Y.Diomandenin dəyəri 45 milyon avrodur.