"Bavariya" əfsanəsi ilə yola davam edəcək

"Bavariya" almaniyalı qapıçısı Manuel Noyerlə yola davam edəcək.

Sportline.az xəbər verir ki, Münhen klubu 39 yaşlı kiperə yeni sözləşmə təklif edib.

Bu haqda jurnalist Kristian Folk məlumat yayıb.

Qeyd edək ki, Noyerin hazırki dəyəri 4 milyon avrodur.