"Bavariya" futbolçusunu satmağa hazırdır

"Bavariya" 25 yaşlı futbolçusu Alfonso Deyvisi satmağa hazırdır.

Sportline.az xəbər verir ki, Münhen klubunun rəhbərliyi kanadalı sol cinah müdafiəçisinin tez-tez zədələnməsindən narahatdır.

Bu haqda məşhur "Kicker" nəşri məlumat yayıb.

Qeyd edək ki, A.Deyvis "Bavariya" ilə mümkün bütün titulları qazanıb.