"Bavariya" Gehi transferində israrlıdır

"Bavariya" "Kristal Pelas"ın mərkəz müdafiəçisi Mark Gehini transfer etməkdə israrlıdır.

Sportline.az xəbər verir ki, 25 yaşlı stopper yayda azad agent statusunda olacaq.

"Foot Mercato"nun yaydığı məlumata görə, "Mançester Siti" transfer yarışında "Bavariya"dan öndədir.

Qeyd edək ki, "Real Madrid" və "Barselona"da ingiltərəli futbolçunun xidmətində maraqlıdır.