"Bavariya" heyətinə yeni ulduz transfer etmək niyyətindədir

"Bavariya" yayda Morqan Rocers üçün "Aston Villa"ya təklif göndərəcək.

Sportline.az xəbər verir ki, Münhen təmsilçisi bu keçid üçün qarşı tərəfə 80 milyon avro ödəməyə hazırdır.

Bu haqda "Times Sport" nəşri məlumat yayıb.

Qeyd edək ki, M.Rocers bu mövsüm meydana çıxdığı 45 matçda 10 qol, 7 asistlə yadda qalıb.