“Bavariya” İngiltərə klubuna 50 milyon avro təklif edib
“Bavariya”nın əsas transfer hədəfi Bruno Fernandeşdir.
Sportline.az xəbər verir ki, Münhen təmsilçisi bu keçid üçün “Mançester Yunayted”ə 50 milyon avro təklif edib.
Bu haqda “Fichajes” nəşri məlumat yayıb.
Qeyd edək ki, B.Fernandeş bu mövsüm meydana çıxdığı 18 matçda 5 qol, 7 asist müəllifi olub.