“Bavariya” Keynlə bağlı qərar verdi
Almaniya nəhəngi “Bavariya” mövcud müqaviləsi 2027-ci ildə başa çatacaq Harri Keyn ilə yeni sözləşmə imzalamağı planlaşdırır.
Sportline.az xəbər verir ki, “Bavariya” klubunun ingilis futbolçusu Harri Keyn ilə yaxın zamanda müqavilə danışıqlarına başlayacağı bildirilir.
Klub futbolçunun 2027-ci ilin yayında bitəcək müqaviləsini 2029-cu ilin yayına qədər uzatmaq niyyətindədir.
Harri Keyn Münhen klubunun forması ilə 2,5 mövsüm ərzində 126 oyuna çıxıb, 119 qol vurub və 30 məhsuldar ötürmə edib.