"Bavariya" Keynlə danışıqlara başlayıb

"Bavariya" Harri Keynlə yeni müqavilə imzalamaq üçün danışıqlara başlayıb.

Sportline.az xəbər verir ki, bu haqda "Sky Germany" məlumat yayıb.

İngiltərə millisinin kapitanı bu mövsüm meydana çıxdığı 30 matçda rəqib qapılarından 34 top keçirib.

Qeyd edək ki, Keynin Münhen klubu ilə hazırki sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.